Türkiyədə polad istehsalı 0,7% artıb

image-601921fb086b5backend

Bu ilin oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyənin xam polad istehsalı 0,7 % artaraq 3 milyon tona çatıb.

Busaat.az “Milliyet”ə istinadən xəbər verir ki, bu, Türkiyə Polad İstehsalçıları Birliyinin (TÇÜD) oktyabr ayı polad istehsalı, istehlakı və xarici ticarət məlumatlarında yer alıb.

Məlumata görə, yanvar-oktyabr aylarında istehsal 12,4 faiz artaraq 30,9 milyon tona çatıb. Hazır məhsul istehlakı oktyabrda 19 faiz artaraq 3,4 milyon tona, yanvar-oktyabr dövründə isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 31,4 milyon tona düşüb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki