Türkiyədən Liviyaya göndərilən 2 təcili yardım maşını ünvana çatıb

image-liviyabackend

Türkiyənin sel fəlakətindən əziyyət çəkən Liviyaya göndərdiyi 2 təcili tibbi yardım maşını ünvana çatıb.

Busaat.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca bildirib.

O, Liviyaya çatan qrupların Dərnədəki idarəçilərə tam təchiz olunmuş 2 təcili yardım maşını təslim etdiyini açıqlayıb.

“Tərəfimizdən səhiyyə xidmətlərinin göstərilməsi və reanimasiya xəstələrinin daha təhlükəsiz köçürülməsi üçün Dərnə şəhərinin səhiyyə idarəçilərinə 2 ədəd tam təchiz olunmuş 4×4 təcili tibbi yardım maşını təhvil verildi”, – Koca bildirib.

Səhiyyə naziri açıqlamasında, Türkiyənin fəlakətdən zərər çəkən Liviya xalqının yanında olduğunu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki