
Türkiyənin Azərbaycandakı səfiri Sərvərə zəng etdi
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn Sərvər Bəşirliyə telefonla zəng edib.
Bu barədə C.Bağçı özü məlumat verib.
“Ölkəmizdə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən, kömək səfərbərliyinə bacardığı qədər edən qardaşımız Sərvər Bəşirliyə zəng edərək ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim, var olasan”, – səfir bildirib.
Ülkemizdeki depremler sonrası tekyürek olan, gücü yettiğince yardım seferberliğine girişen tüm Azerbaycanın dayanışmasının adeta sembolü haline gelen Server Beşirli kardeşimizi arayarak ülkemiz ve milletimiz adına teşekkür ettim.
Koca yürekli gardaşım benim!❤️🌹
Varolasın 🇹🇷🤝🇦🇿 pic.twitter.com/yrlwMZEWh2— Cahit Bağcı (@cahitbagci) February 9, 2023























