Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.19 $▼0.96%
  • WTI neft82.70 $▼0.35%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.656 $▲13.15%
  • Qızıl3 528 $▼0.13%
  • Gümüş40.88 $▼1.17%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda591.75 ¢▼0.08%
  • Bitcoin58 982 $▼4.73%
  • Ethereum1 626 $▼7.40%
  • S&P 5007 015▼2.26%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

Türkiyənin daha bir online ticarət platforması Azərbaycanda fəaliyyətə başlaya bilər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin aparıcı online ticarət platforması “Hepsiburada” Azərbaycanda fəaliyyətə başlaya bilər.

Busaat.az Türkiyə mətbuata istinadən xəbər verir ki, bunu “Hepsiburada”nın CEO-su Nilhan Onal Gökçetekin deyib.

O bildirib ki, hazırda Azərbaycan və İsrail kimi regional ölkələrinə investisiya qoyulması istiqamətində sınaqlara başlanılıb: “Fərqli dillərdə və müxtəlif valyutalarda xidmətlər göstərməyə başladıq. Gələcək günlərdə və illərdə Türkiyənin ixracatına ciddi töhfə verəcəyik. Biz mədəni və tarixi əlaqələrimizin olduğu coğrafiyalarla əməkdaşlıq və tərəfdaşlıq üzərində işləyirik. Şirkət olaraq ticarətin rəqəmsallaşmasına istiqamət verən innovativ texnologiyalara sərmayə qoymağı hədəfləyirik”.

N. Gökçetekin qeyd edib ki, bu ilin I rübündə “Hepsiburada”nın dövriyyəsi 78 %, II rübündə 101 % artıb, III rübdə isə illik artım tempinin 110 %-ə çatacağı gözlənilir. Ümumilikdə bu ilin sonuna Türkiyənin e-ticarət bazarının həcmi 60 % artaraq 1,2 trilyon TL-yə çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Hepsiburada.com” 1998-ci ildə yaradılıb. O yalnız online xidmət göstərən alış-veriş platformasıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121211