Türkiyənin yeni nazirləri kimlərdir?

image-5backend

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamıilə ilə ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu, Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumla əvəzlənib.

Busaat.az Qafqazinfo-ya istinadən yeni təyin olunan nazirlər haqqında ətraflı məlumatı təqdim edir:

Yeni Səhiyyə Naziri Prof. Dr. Kamal Memişoğlu 1966-cı ildə Türkiyənin Trabzon şəhərində doğulub.

1990-cı ildə Hacettepe Universiteti Tibb Fakültəsini bitirdikdən 5 il sonra Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında Ümumi Cərrahiyyə İxtisasına yiyələnib.

1996-1998-ci illərdə SSK Konya Ereğli Xəstəxanası, PTT Xəstəxanası və Bursa Hərbi Xəstəxanasında Ümumi Cərrahiyyə Mütəxəssisi vəzifəsində çalışıb.

1999-2000-ci illərdə Mayami Universitetinin Qaraciyər və Mədə-bağırsaq Transplantasiyası şöbəsində fəaliyyət göstərib.

2000-2002-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Ümumi Cərrahiyyə kafedrasında baş assistent vəzifəsində çalışıb.

O, 2002-ci ilin sonunda PTT Xəstəxanasına Baş Həkim, 2008-ci ildə Ümumi Cərrahiyyə üzrə Dosent vəzifəsinə təyin olunub.

Beykent Universitetində Səhiyyə İdarəçiliyi üzrə magistr təhsilini 2009-cu ildə tamamlayıb.

Memişoğlu, 2002-2012-ci illərdə İstanbul Fatih Sultan Mehmet Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

2012-ci ilin noyabrında İstanbul Anadolu Şimal Bölgəsi İctimai Xəstəxanalar Birliyinin Baş Katibliyinə Tibbi Xidmətlər Başçısı vəzifəsinə təyin olunan Memişoğlu 2014-cü ilin mayında həmin qurumun Baş katibi olub.

2016-cı ildə Səhiyyə Elmləri Universiteti Fatih Sultan Mehmet Sağlamlıq Təcrübəsi Araşdırma Mərkəzinə Ümumi Cərrahiyyə Fakültəsi Üzvü olaraq professor vəzifəsinə təyin edilib.

2016-cı ilin oktyabrından İstanbul Vilayət Sağlamlıq Müdiri vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

Yeni Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum 1976-cı ildə Ankarada anadan olub.

1999-cu ildə Səlcuq Universiteti Mühəndislik və Memarlıq Fakültəsi İnşaat Mühəndisliyi ixtisasını bitirən Kurum, 1999-2005-ci illərdə müxtəlif özəl təşkilatlarda çalışıb.

O, 2005-2006-cı illərdə TOKİ Ankara İcra Departamentində ekspert, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Departamentinin Avropa Yakası İcra Şöbə Müdiri, 2009-2018-ci illərdə isə TOKİ-nin törəmə şirkəti Emlak Konut GYO AŞ-nin baş direktoru vəzifələrində çalışıb.

2018-ci ildə birinci dəfə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri təyin edilib.

2023-cü ilin sonunadək həmin postdakı vazəifəsini davam etdirməli olan Kurum, 14 May 2023-cü ildə keçirilən prezident seçkilərində AKP-nin 28-ci çağırış İstanbul Millət vəkili seçilib.

O, 31 mart keçirilən yerli idarəetmə seçkilərində Xalq Alyansının İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına (İBB) namizədi olub.

Evlidir və üç uşaq atasıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki