Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.00 $▼0.28%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.152 $▼0.19%
  • Qızıl3 875 $▲0.11%
  • Gümüş47.58 $▲0.55%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.25 ¢▲0.43%
  • Bitcoin63 932 $▼2.12%
  • Ethereum1 792 $▼2.33%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

"Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza peyvənd çatdırılacaq” - Ərdoğan

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mən tibb işçisi deyiləm, sahəm iqtisadiyyatdır. Ancaq ölkə Prezidentiyəm. Əlbəttə ki, öz məsləhətçilərimdən əlavə həkim və professor məsləhətçilərim də var. Həmçinin Səhiyyə Nazirliyim, ona rəhbərlik edən nazirim var. Onlardan əldə etdiyim məlumata görə, Çinlə bağladığımız müqaviləyə əsasən, 50 milyon vaksin gətiriləcək. İlkin mərhələdə 4, 5 milyon doza peyvənd Türkiyəyə çatacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə ölkəyə gətiriləcək koronavirus peyvəndləri barədə açıqlamasında bildirib.

“Almaniyadan da vaksin gətiriləcək. Peyvənd vurduracağım barədə açıqlama vermişdim. Bütün vətəndaşları bu prosesə dəvət edirəm. Bu mövzuda mütəxəssis olan həkimlərimizdir. Hər kəs bu sahədə danışmamalıdır. Danışacaq şəxslər əlbəttə ki, həkimlərimizdir. Hazırda virusla heç bir problem yaratmadan mübarizə aparırıq. Peyvənd gələndə biz də bütün dostlarımızla tətbiq etdirəcəyik. İstəyimiz isə bu koronavirus probleminə qarşı ən güclü və ən uğurlu şəkildə qarşılıq verməkdir”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28912