Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.99 $▼0.49%
  • WTI neft85.93 $▼0.82%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.280 $▼0.33%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.74 $▼1.49%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 899 $▼0.60%
  • Ethereum2 061 $▼0.52%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Türkiyəyə qarşı skandal addım - "Qırmızı bülleten"lə axtarılan şəxsə...

image-thumb600x0-7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qeyri-qanuni onlayn qumar və mərc saytı yaradaraq idarə etdiyi üçün Türkiyə tərəfindən “qırmızı bülleten”lə axtarışa verilən Yaşam Ayavefeyə Yunanıstanın “fəxri vətəndaşlıq” verdiyi bildirilib.

Rəsmi qərarı Yunanıstan Prezidenti Katerina Sakelaropulu və daxili işlər naziri Mavrudis Voridis imzalayıb.

Ayavefenin Yunanıstana “son dərəcə önəmli xidmətlər”inin olduğu bildirilən qərarda COVID-19 pandemiyası zamanı ölkəyə əsas ehtiyaclar, qida və sanitar ləvazimatları bağışlayaraq milli səhiyyə sistemini çökməkdən xilas etdiyi deyilib.

Qərarda Ayavefenin Yunanıstandakı sərmayələri ilə ölkə iqtisadiyyatına ciddi töhfələr verdiyi də iddia olunub: “Bu səbəbdən ona Yunanıstan vətəndaşlığının verilməsi iqtisadiyyatın strateji cəhətdən gücləndirilməsi çərçivəsində ölkənin maraqlarına xidmət edə bilər”.

Adıçəkilən şəxs 2019-cu ildə Türkiyədə qanunsuz qanunsuz qumar əməliyyatları çərçivəsində İstanbul Baş Prokurorluğunun tələbi ilə İnterpol tərəfindən beynəlxalq səviyyədə axtarışa verilib. Şübhəlinin Türkiyəyə ekstradisiyası üçün lazımi işlər aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81198