Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.42 $▼2.99%
  • WTI neft88.15 $▼0.22%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.091 $▼2.12%
  • Qızıl3 867 $▼0.09%
  • Gümüş47.42 $▲0.21%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda588.00 ¢▲0.21%
  • Bitcoin64 384 $▼1.43%
  • Ethereum1 800 $▼1.89%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Türkmənistanda kosmetik vasitələrdən istifadə qadağa olunur

image-turkmenistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkmənistanda mağazalarda reyd keçirilib və mağaza sahiblərindən dodaq və dırnaq boyası, eləcə də kirpiklər üçün tuj kimi kosmetik vasitələrin satışdan çıxarılması tələb olunub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Xronika Turkmenistana” portalı yayıb.

Bildirilir ki, piştaxtalardan sağlamlığa və xarici görünüşə zərər vura biləcək gözəllik vasitələri yığışdırtdırılıb. Bununla belə, şampun, duş geli və kremlərin satışına icazə verilib.

Xatırladaq ki, aprel ayında yayılan məlumata görə, Türkmənistan rəhbərliyi ölkədə botoksu qadağan edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq edib ki, botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub. Qadağanın pozulması halında salon sahiblərini ağır cərimələr və 15 sutka həbs gözləyir.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79508