Tesla və SpaceX-in baş direktoru Elon Maskın satın aldığı sosial media şirkəti Twitter həftə sonu Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı “The Straits Times” qəzeti yayıb.
Qəzetin xəbərinə görə, Hindistanda 200-dən çox işçisi olan Twitter, işçilərinin əksəriyyətini işdən çıxarıb.
Yeni Dehli, Mumbay və Benqalur ofislərində çalışanların ümumilikdə 90 faizi işdən çıxarılıb ki, ixtisar olunanların 70 faizi texniki heyət olub.
Bundan əlavə, marketinq, ictimai siyasət və korporativ kommunikasiyalar bölmələrində çalışan bəzi işçilər də ixtisar edilib.
Qeyd edək ki, daha əvvəl Twitter rəhbərliyi işçilərinə ixtisarlar barədə məlumat verib və noyabrın 4-də ixtisarların başlayacağı qeyd edilib. Maskın Twitter-i satın almasından sonra şirkətin 7500 əməkdaşının işdən çıxarılacağı xəbəri mətbuatda yer alıb.
Busaat.az