Twitter iflas edə bilər – Elon Mask

image-tvitter65656backend

Tesla və SpaceX-in direktoru Elon Mask işçilərinə yeni aldığı sosial media platforması olan Twitter-in iflas edə biləcəyi barədə xəbərdarlıq edib.

Busaat.az xəbər verir ki, bu barədə Mask özü e-poçt vasitəsilə şirkətin iflasa uğraya biləcəyi barədə xəbərdarlıq göndərib.

“Reuters”in məlumatına görə, Mask azalan reklam gəlirlərini kompensasiya etmək üçün abunəlik gəlirlərini artıra bilməsə, Twitter-in gözlənilən iqtisadi böhrandan çıxa bilməyəcəyini bildirib.

Maskın sözlərinə görə, icra heyətini işdən çıxarmaq qərarından sonra şirkət, reklamları itirməyə başlayıb. Bu səbəbdən Mask gündə 4 milyon dollardan çox pul itirib.

Verilən məlumatlarda Twitterin 13 milyard dollar borcu olduğu və qarşıdakı 12 ay ərzində ümumilikdə təxminən 1,2 milyard dollar faiz ödənişinin gözlənildiyi də öz əksini tapıb.

Qeyd edək ki, Mask mavi klik daxil olmaqla Twitter Blue xidməti üçün ayda 8 dollar ödəniş tətbiq etməyə başlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90