Sosial mediya şirkəti Twitterin ixtisarlara başlayarkən ofislərini müvəqqəti olaraq bağladığı və daxili sistemlərinə girişini dayandırdığı bildirlib.
Busaat.az xəbər verir ki, bu barədə xəbərlər ABŞ mətbuatında yer alıb.
Xəbərlərdə şirkətin ixtisara düşmüş işçiləri məlumatlandırmağa başladığı qeyd olunub. Bildirib ki, şirkət ixtisarlara başladığı üçün müvəqqəti olaraq ofislərini bağlayıb və işçilərin daxili sistemlərə girişini dayandırıb.
Şirkətin yeni sahibi Elon Mask xərcləri azaltmaq və yeni iş etikası tətbiq etmək istədiyi üçün işçilərin demək olar ki, yarısını ixtisar etməyi planlaşdırır.
Twitter əməkdaşlarının sözlərinə görə, mühəndislik, rabitə, məhsul və məzmunun təkmilləşdirilməsi bölmələrində çalışanlar ixtisara məruz qalanlar arasındadır.
Qeyd edək ki, məlumatlarda Twitter-in işçilərə müddət vermədən kütləvi şəkildə ixtisara getməsi narazılığa səbəb olub və şirkətin məhkəməyə veriləcəyi xəbərləri yayılıb.
Busaat.az