UFO-lar realdır?: NASA ilk dəfə ictimaiyyətə açıq görüş keçirdi

image-6477c10b86b2444b0860c68fbackend

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tarixində ilk dəfə olaraq Naməlum Uçan Obyekt (UFO) və Naməlum Hava Fenomeninə (UAP) dair açıq mətbuat konfransı keçirib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, dörd saatdan çox davam edən görüşdə NASA tərəfindən 2022-ci ilin iyun ayında araşdırmalara başlayan keçmiş astronavt Skott Kellinin rəhbərlik etdiyi 16 nəfərlik xüsusi qrup səma, sualtı və ya kosmosda UAP-lar haqqında məlumatları əhatə edən “təyyarə və ya təbii fəlakət olmayan hava hadisələri” başlıqlı araşdırma haqqında ictimaiyyəti məlumatlandırdı.

İclasda ABŞ Müdafiə Nazirliyi tərəfindən keçən il PUA tərəfindən qeydə alınan, metal kürənin binaların üzərində sürətlə hərəkət etdiyini göstərən görüntünün paylaşıldığı və obyektin hələlik müəyyən edilə bilmədiyi bildirilib.

Yığıncaqda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir təyyarə tərəfindən qeydə alınan səmada hərəkətdə olan 3 nöqtənin görüntüləri paylaşılıb və sözügedən görüntülərin UFO deyil, daha çox böyük ticarət təyyarələrinə aid işıqlar olduğu ifadə edilib.

Tədqiqat qrupu bəyan edib ki, dünya üzrə 800-dən çox UAP barədə rəsmi qeydiyyat var, onların yalnız 2-5 faizi “ehtimal ki, anormal” kateqoriyasındadır. UAP müşahidələri bu ilin əvvəlində ABŞ üzərində Çinə aid hava şarının aşkar edilməsindən sonra “əhəmiyyətli bir artım” görüldüyünü qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90