Ukrayna müharibəsi OYUNDUR?: “Putin və Zelenski bu gün barışıb eyni mövqedən çıxış etsə…” – ŞƏRH

image-grunge-flags-of-russian-federation-and-ukraine-divided-by-barbbackend

“Ukraynadakı ciddi dağıntılar, Rusiyanın demək olar ki, iqtisadi və hərbi cəhətdən çöküşü, silahlı qüvvələrinin itirilməsi müharibənin iki şəxs arasında olan siyasi oyun olmadığını deməyə əsas verir. Siyasi oyunun bu qədər itkilərlə nəticələnməsi mümkün deyil”.

Bunu Rusiya-Ukrayna müharibəsinin uzanması barədə ictimai rəydə yaranan, “Zelenski və Putin əslində siyasi oyun oynayır”, – fikirləri şərh edən Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı mətbuatda çox fikirlər yayıla bilər. Lakin bu sadəcə mətbuatda yayılan sadə informasiyadır:

image-vuqar_qedirov

“Rusiyanın Ukraynada hərbi əməliyyatlar adı altında həyata keçirdiyi qanlı müharibə heç kimə sirr deyil. Putinlə Zelenski arasında dost və yaxın münasibətin olmasını göstərəcək hər hansı dəlil yoxdur. Ukraynadakı ciddi dağıntılar, Rusiyanın demək olar ki, iqtisadi və hərbi cəhətdən çöküşü, silahlı qüvvələrinin itirilməsi müharibənin iki şəxs arasında olan siyasi oyun olmadığını deməyə əsas verir. Siyasi oyunun bu qədər itkilərlə nəticələnməsi mümkün deyil. Qərb Ukraynanı dəstəkləməklə Rusiyaya ciddi dirəniş göstərir. Rusiyanın böyük itkilərə məruz qalmasını təmin edir. Bununla da müharibənin daha da uzanmasına nail olmaq istəyir. Məqsəd isə Rusiyanın tamamilə çöküşünə nail olmaqdır”.

“Bu iki slavyan xalqın arasındakı müharibənin müəllifləri barışığa da imkan vermirlər. Hazırda Putinlə Zelenski arasında danışıqların olması ehtimalı ilə bağlı yayılan məlumatlar var. Ola bilsin ki, həm Putin, həm də Zelenski Qərbin bu müharibəni başlatmaqla nə Rusiyanın, nə də Ukraynanın maraqlarına xidmət etdiyini dərk edib. Ukraynada və Rusiyada olan dağıntılar Qərbi maraqlandırmır. Ona görə, bəlkə də hər ikisi özünü aldanmış hesab edir. Bu baxımdan onlar arasında hansısa gizli danışıqlar gedə bilər. Bu da mətbuatda iki liderin dost münasibətində olduğu təəssüratını yarada bilər. Amma birmənalı olaraq bu mümkün deyil. Hətta Putin və Zelenski bu gün barışıb eyni mövqedən çıxış etmək istəsə belə Qərb Ukraynaya bu şansı tanımaz və onu çox ciddi cəzalandırar”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki