Ukrayna Rusiya döyüş təyyarəsini qaçırmağa cəhd edib

image-29backend

“Ukrayna kəşfiyyatının Rusiyanın “Ту-22М3″ qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alınıb”.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) yaydığı açıqlamada yer alıb.

Açıqlamaya görə, FSB Ukrayna xüsusi xidmətinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Ту-22М3” tipli uzaqmənzilli strateji bombardmançı təyyarəni qaçırmaq üzrə əməliyyatının qarşısını alıb.

Sözügedən əməliyyatın hazırlıq prosesində NATO ölkələrinin kəşfiyyatının iştirak etdiyi iddia edilən açıqlamada “Ukrayna kəşfiyyatı pilotdan pul qarşılığında təyyarəni Ukrayna ərazisinə endirməsini istəyib” ifadəsi işlədilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki