Ukrayna Səhiyyə Nazirliyi Ermənistanı “qırmızı” siyahıya saldı

Ukrayna Səhiyyə Nazirliyi Ermənistanı “qırmızı” siyahıya saldıbackend

Ermənistan Ukrayna Səhiyyə Nazirliyinin “qırmızı” siyahısına düşüb.

Busaat.az xəbər verir ki, bu barədə “NEWS.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisinə görə müsbət dinamika Ermənistandakından daha yüksək idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün testi Ukraynada da vermək olar”, – məlumatda qeyd olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki