Ukraynadakı münaqişə həll olunana qədər Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə qalacaq – G7

image-eprs-aag-733575-2022-g7-summit-finalbackend

Yeddilik Qrupu (G7) ölkələri Ukrayna münaqişəsi həll olunana qədər Rusiyanın aktivlərini dondurmaq niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında dərc olunan bəyanatda yer alıb.

“Rusiyanın bu günə qədər G7 sanksiyalarından yayınmaq cəhdinə qarşı çıxmaq üçün liderlər ABŞ-ın sədrliyi ilə keçiriləcək İcra Koordinasiya Mexanizminin yaradılmasını dəstəkləyəcəklər. Rusiyanın Ukraynanın yenidən qurulması xərclərini ödəməsini təmin etmək üçün G7 ölkələri münaqişə həll olunana qədər Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə saxlamağa davam edəcəklər”, – bəyanatda deyilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma respublikaların rəhbərlərinin kömək istəyinə cavab olaraq 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyat elan edib. Rusiyanın bu qərarına cavab olaraq Qərb ona qarşı mərhələli şəkildə çoxsaylı və geniş sanksiyalar tətbiq etməyə başlayıb. Eyni zamanda Qərb dövlətləri Kiyevə silah və hərbi texnika veriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90