“Ukraynaya nüvə silahı verilməlidir” – Keçmiş nazirdən çağırış

image-bb0ac60a-3c2b-4a0f-a862-2eccc3c06df0-1backend

Polşanın keçmiş xarici işlər və müdafiə naziri, hazırda Avropa Parlamentində millət vəkili olan Radoslav Sikorski Qərbə maraqlı çağırış edib.

Busaat.az  xarici  KİV-lərə istinadla xəbər verir ki, keçmiş nazir Ukraynanın müstəqilliyini qorumaq üçün ona nüvə silahı verilməli olduğunu bildirib: “1994-cü ildə imzalanan Budapeşt Memorandumu ilə Ukraynanın nüvə potensialının qarşısı alındı. Bu müqaviləyə əsasən, Ukrayna Sovet dönəmindən qalan nüvə silahlarını məhv etmək öhdəliyini öz üzərinə götürdü. Rusiya və Qərb isə bunun müqabilində Ukraynanın müstəqilliyinə zəmanət verdi.

O vaxt hər kəs düşünürdü ki, Sovetlərdən sonra Ukrayna öz sərhədləri daxilində müstəqil ölkə olaraq qalacaq. Lakin bunun əksi baş verdi. Rusiya Budapeşt Memorandumunu pozaraq, Ukraynaya hücum etdi. Hesab edirəm ki, Ukraynanın yenidən müstəqilliyini bərpa etməsi üçün ona nüvə silahı verilməlidir. Qərb olaraq buna haqqımız çatır”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki