Meta şirkətinə məxsus məşhur “WhatsApp” messenceri bəzi ölkələrdə istifadəçilər üçün məcburi yaş yoxlaması tətbiq etməyi planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə “WaBetaInfo” məlumat yayıb.
Məlumata görə, yenilik onunla əlaqədardır ki, Avropa internet xidmətindən istifadə üçün minimum yaş həddi (13 yaş) təsdiqləyib, lakin “WhatsApp”da lazımi yoxlama aləti yoxdur.
Yeni funksiya istifadəçiləri doğum tarixini daxil etməyə sövq edəcək, bu tarix gizli saxlanılacaq və ilk girişdən sonra dəyişdirilə bilməz.
Bu strategiya əvvəllər “Instagram”da tətbiq edilmiş oxşar yanaşmanı xatırladır.
Bildirilib ki, bu funksiyanın icrasının dəqiq tarixi və icra təfərrüatları naməlum olaraq qalır.