Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.84 $▲0.45%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 050 $▼1.81%
  • Gümüş52.15 $▼2.06%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 848 $▲0.20%
  • Ethereum2 063 $▲0.59%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Uşaqlara işgəncə verilən “Sevgi evi” bağlandı

image-sigin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.

Busaat.az Modern.az-a istinadən xəbər verir ki, qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.
“Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, – sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.

Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin baş verdiyi “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78850