İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb.
Məlumata görə, 104 ölkədə COVID-19-a yoluxma qeydə alınıb. ÜST qeyd edib ki, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, COVID-19 “əsas təhlükə olaraq qalır”.