Vardanyanın bitməyən TƏHRİKİ: “Nə qədər istəyir açıqlama versin”-ŞƏRH

image-vardanyan_28348586backend

“Onun dediklərinə indi nəinki Azərbaycan, heç digər dövlətlər də əhəmiyyət vermir”.

Bunu Vardanyanın, “Biz birləşərək dünyaya Azərbaycanın bir hissəsi olmayacağımızı göstərə bilsək həm dünya ictimaiyyəti, həm də Rusiya hər şeyi edəcək”, – açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Vardanyan “vəzifəsindən” istefaya göndərilsə də Qarabağda özünə təşkilat yaradıb:

image-1553514748_1507876010_elxan

“Vardanyan tez-tez təbirlər keçirir, sosial şəbəkə hesablarından suallar cavablayır. Ona görə erməni mediasında onun açıqlamaları işıqlandırılır. Vardanyan Paşinyana müxalif mövqedən çıxış edir. Onun hazırda separatçı rejimin nümayəndələri ilə də münasibətləri yaxşı deyil. Separatçı rejimin yeyintiyə yol verdiyi ilə bağlı açıqlamaları mediaya yansıyır. Lakin Azərbaycanla bağlı verdiyi açıqlamaların isə heç bir əhəmiyyəti yoxdur. Çünki onun Azərbaycana qarşı çıxacaq gücü yoxdur. Nə qədər istərsə status paylaşa, açıqlamalar edə bilər. Onun dediklərinə indi nəinki Azərbaycan, heç digər dövlətlər də əhəmiyyət vermir”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki