Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 261 $▲0.24%
  • Ethereum1 786 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

Vardanyanın Qarabağa dönüşünün PƏRDƏARXASI: “Ona bu tapşırıqlar verilib...” - ŞƏRH

image-xankendi-yeni1jpg-1667561007
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İndiki halda Vardanyan Qarabağ bölgəsinə gəlməklə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə zərbə vurma tapşırıqlarını yerinə yetirmir”.

Bu sözləri Vardanyanın Qarabağa geri dönüşünü şərh edən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Vardanyanın Rusiyaya çağırıldıqdan sonra zorla yenidən Qarabağa göndərilməsi Rusiyanın yeni alternativlər tapa bilmədiyinin göstəricisidir:

image-anar55-1

“Rusiya Qarabağda nəzarəti ələ keçirmək istiqamətində yeni maneələr formalaşdıra bilmir. Buna görə də çoxistifadəli Vardanyanı növbəti dəfə bölgəyə göndərməklə yenidən istifadə etməyə çalışır.
Vardanyanın böyük kapitala və Ermənistanda nüfuza sahib olduğunu unutmaq olmaz. Ermənistanın geniş ictimaiyyətində əzabkeş Vardanyan obrazı formalaşdırılıb. Bu, rahat həyatını ermənilərin gələcəyi üçün kənara atıb Qarabağa gələn və bütün varını-dövlətini bu yolda sərf etməyə hazır olan əzabkeş obrazdır. Vardanyan həm də Rusiya hakimiyyətinin Ermənistanın mövcud hakimiyyətinə alternativi kimi qiymətlənidirilir”.

“İndiki halda Vardanyan Qarabağ bölgəsinə gəlməklə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə zərbə vurmaq tapşırıqlarını yerinə yetirmir. O, həm də Ermənistanda kifayət qədər anti-Rusiya siyasət yeritməyə çalışan, Rusiyanın Ermənistandakı dayaqlarına ard-arda zərbələr vuran, Qərb qüvvələrinin bölgəyə daxil olması üçün alterativlər yaradan Paşinyan üçün rəqibdir. Nə olur-olsun Azərabaycan xalqının və dövlətinin ortaya qoyduğu iradə Vardanyan kimi alətlərin heç bir nəticə vermədən sıradan çıxacağını deməyə imkan verir. Bizim üçün Vardanyan adlı problem yoxdur, Vardanyanın sıxışdırılıb çıxarılması hədəfimiz deyil. Azərbaycanın hədəfi bölgədə sülhü təmin etməkdir”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100778