Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 845 $▼3.49%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Vasif Talıbov gizli tunellərlə bu ölkəyə qaçacaqmış — SENSASİYA

image-vasif-tunel
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vasif Talıbovun istefası və yerinə Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması Naxçıvanda şok effekti yaradıb. Bir çoxları bunu ağıllarına belə gətirə bilmirdi və məlumatların şokedici təsirindən indi-indi çıxırlar.

Busaat.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.

O bildirib ki, Naxçıvanda hazırda böyük canlanma hiss olunur:

“Hər kəs açıq-aşkar Vasif Talıbova və onun oğullarına qarğış-nalə yağdırır, öz bağlanmış iş yerlərini açırlar. Hazırda Naxçıvanda 2000-ə qədər dükanın açıldığı bildirilir. Bakıdan Naxçıvana bir sıra qida və məişət məhsullarının daşındığı barədə məlumatlar almaqdayam. Hansı ki, bu zamanadək həmin məhsulların Naxçıvana aparılması qadağan olunmuşdu. Bir çox məhsullardan isə qanunsuz gömrük rüsumu alınırdı”.

H.Oğuzun sözlərinə görə, dünən Vasif Talıbovun öz sarayından oğlu Rza Talıbovun villasına köçürüldüyü qeyd olunur:

“Xan”ın sarayının bəzi gizəmləri barədə müəyyən söhbətlər dolaşır. İddialara görə, bu sarayda qaçış üçün gizli tunellər və bunkerlər var. Hətta bu tunellərin İrana çıxdığı belə iddia olunur. “Xan”ın öz iqamətgahından çıxarılmasını bu gizli tunellərlə əlaqələndirənlər də az deyil. Bildirilir ki, “Xan”ın ölkədən qaçmasının qarşısını almaq üçün o, iqamətgahından çıxarılıb və oğlunun evində məskunlaşdırılıb”.

H.Oğuz Vasif Talıbovun digər oğlu Seymurun ətrafında həlqənin daraldığını bildirib:

“Onun bacanağı Hümbət Qəhrəmanovun dindirilmək üçün Bakıya gətirildiyi vurğulanır. Hümbət Qəhrəmanov Seymur Talıbovun ən yaxın adamıdır və bütün işlərini o idarə edir. Bir çox iş adamlarının biznesinin əlindən alınmasında Hümbətin adı hallanır. Bu baxımdan bacanağın Bakıya gətirilməsi istintaq araşdırmalarının son hədəfə – Seymura yaxınlaşdığı təsəvvürünü yaradır. Böyük ehtimalla bacanaqdan sonra növbə Seymura çatacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95365