Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 437 $▼4.08%
  • Ethereum1 828 $▼5.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Vasif Talıbov villasını satışa çıxardı

image-vasif1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. V.Talıbov vəzifədən gedəndən sonra da onun personasına maraq azalmayıb.

Busaat.az xəbər verir ki, ən müxtəlif mənbələr Talıbovlarla bağlı cəmiyyətə həvəslə məlumatlar sızdırır. Yayılan xəbərlər Vasif Talıbovun və oğlanlarının gündəmdən düşməsinə imkan vermir.

“Yeni Sabah” keçmiş sədrlə bağlı maraqlı məlumat əldə edib. Talıbovlara yaxın şəsxlərdən birinin saytımıza bildirdiyinə görə, sözügedən ailə Londondakı dəbdəbəli villasını satışa çıxarıb. Bu məqsədlə Böyük Britaniyada əmlak satışı ilə məşğul olan tanınmış şirkətlərdən biri ilə müqavilə imzalanıb.

Mənbə deyib ki, Vasif Talıbovun Londondakı villası 40 milyon funt sterlinqə başa gəlsə də, daha ucuz qiymətə satışa çıxarılıb.

Məlumatlı şəxs Talıbovların Bakı və Naxçıvamdakı villalarını da satmağa hazırlaşdıqlarını deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95900