
Vaşinqtonda TDT-nin yaranmasının ildönümü münasibətilə ziyafət təşkil edilib
Türk Dövlətləri Təşkilatının yaranmasının 13-cü ildönümü münasibətilə Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murad Mercanın ev sahibliyi ilə ziyafət verilib.
Busaat.az xəbər verir ki, qəbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin səfir və diplomatları ilə yanaşı, ABŞ Dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisi Erika Olson, bir çox amerikalı ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
“Bu gün 300 milyona yaxın əhalini təmsil edirik. Bizi ancaq sərhədlər ayırır. Sərhədlər həyatın gerçəyidir. Ancaq xalqlar arasında əlaqələr getdikcə daha dəyərli olur. Türkiyə 1990-cı illərdən etibarən Orta Asiyada türk cümhuriyyətlərinin müstəqilliyini, sabitliyini və firəvanlığını prioritetləşdirir. Türk Dövlətləri Təşkilatının əsas dəyərləri qarşılıqlı etimad, siyasi həmrəylik, dövlətlər arasında sülh və sabitlik, iqtisadi və texniki əməkdaşlığın artırılması və türk mədəni, tarixi irsinə dəstək olmaqdır” –deyə, Mercan qeyd edib.
“Qlobal enerji və ərzaq təhlükəsizliyi kimi çıxışlar qarşısında Türkiyə dövlətlərinin əməkdaşlığı vacibdir və ABŞ bu ölkələrlə işləməkdən şərəf duyacaq” –deyə, ABŞ Dövlət katibinin müavini Olson qısa çıxış edib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Əmrayev qəbula videomüraciət göndərərək səfir Mercana ev sahibliyi etdiyi üçün təşəkkür edib.
Busaat.az























