Veşoviç “Qarabağ”ı tərk edir? – Qurban Qurbanov AÇIQLADI

image-untitled_design_26backend

“Qarabağ” klubunun üzvü Marko Veşoviçlə Rusiya klublarının maraqlanması barədə xəbər vermişdik.

Busaat.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov monteneqrolu müdafiəçinin klubla müqaviləsinin olduğunu xatırladıb:

“Normal haldır. Xeyli futbolçularımıza dəfələrlə belə təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Müqavilənin yenilənməsinə qarşıdakı aylarda baxılacaq. Hələ ki, narahat olmağa bir şey yoxdur”.

Qeyd edək ki, Veşoviçin “Qarabağ”la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90