Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

image-img-20210627-wa0023backend

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə 44 günlük haqq savaşında fədakarcasına döyüşmüş, vətənimizə ləyaqətlə xidmət etmiş, Vətən Müharibəsi əlillərinə diqqət və qayğı yönümündə tarixi zəfər əldə etmiş Silahlı Qüvvələr günündə təntənəli ziyafət təşkil edildi.

Ziyafətlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla idarə heyəti, Qazilər, ictimaiət nümayəndələri çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfərin əldə edilməsində  göstərdikləri milli, vətənpərvər ruhlu fəaliyyətdən danışdılar.

Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, əlamətdar tarixi günlər sırasında Azərbaycan Silahlı Qüvvələr günü xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında silahlı qüvvələrimizin  peşəkar, fədakar fəaliyyəti göz önündədir. İcraçı direktor onu da qeyd etdi ki,  Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən daim Şəhid ailələri və Qazilərə diqqət yönümündə bu cür mədəni, kütləvi tədbirlər təşkil edilir.

Birlik rəsmisi xüsusi olaraq vurğuladı ki, Qazilərlə bağlı ziyafəti təşkil etməkdə əsas məqsəd Vətən Müharibəsin iştirakçıları sevindirməklə yanaşı birlik, həmrəylik nümayiş etdirməkdir. Qeyd edək ki, ziyafətin bədii hissəsində incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar oxundu.

Hörmətlə,
Nicat Abbas,
Mətbuat xidmətinin əməkdaşı

Ünvan: “Vətən Müharibəsi Əlillərinə Kömək” İB
Sabunçu ray., Sülh 2/20

Tel.: (+994 12) 428 64 05
Mob.:(+994 50) 722 11 50

image-img-20210627-wa0013image-img-20210627-wa0014image-img-20210627-wa0016image-img-20210627-wa0017image-img-20210627-wa0019image-img-20210627-wa0019image-img-20210627-wa0020image-img-20210627-wa0023image-img-20210627-wa0026image-img-20210627-wa0021image-img-20210627-wa0025image-img-20210627-wa0022image-img-20210627-wa0024image-img-20210627-wa0027image-img-20210627-wa0028image-img-20210627-wa0018image-img-20210627-wa0015image-img-20210627-wa0033 image-img-20210627-wa0034

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90