Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.89 $▲1.25%
  • WTI neft85.26 $▲0.29%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.182 $▲3.08%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş45.87 $▼3.41%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.75 ¢▲1.21%
  • Bitcoin64 351 $▼0.80%
  • Ethereum1 802 $▼1.16%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Vətən müharibəsində iştirak edən jurnalistlər mükafatlandırıldı - Şəkillər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyəti Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri – Anar Miriyev (“İki sahil” qəzeti), Mehman Əşrəfov (Sportal.az) və Süleyman Vəliyevlə (CBC Sport) görüş keçirib.

Busaat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində iştirakın böyük şərəf olduğunu vurğulayaraq idman jurnalistlərinə təşəkkür edib. AİJF rəhbəri döyüşlərdə iştirak etmiş media nümayəndələrinə bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Müharibə iştirakçıları AİJF rəhbərliyinə təşəkkür edərək şəhid olmuş döyüş yoldaşlarını xatırlayıb, onları anıblar. Döyüş iştirakçısı olan jurnalistlər zəfər tarixinin bir parçası olmağıyla şərəf duyduqlarını qeyd ediblər. Həmçinin idman junalistləri döyüş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşdə Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyəsi təqdim edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30603