Vətən müharibəsinin qəhrəmanları…

image-foto4backend

“Qarşıdurmalar 27 sentyabr 2020ci il səhər saat 06:00-da başladı. Bu zaman Ermənistanda hərbi vəziyyət, ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Azərbaycan gəncləri könüllü cəbhəyə yazıldı… O könüllülər Vətən müharibəsinin qəhrəmanına çevrildilər. Kiminə bu cümlə adi gələ bilər, lakin  onun altında dərin mənalar yatır. Sanki gizli bir kitabdır, açıb vərəqlədikcə bir-birindən fərqli hekayələr ilə rastlaşırıq. Hansıki bu hekayələrin müəllifləri bir anda öz hekayələrinin qəhrəmanlarına çevrildilər. Hekayənin adı isə hamsında “Vətən” oldu. O vətənki bizim müəllifləri yardıma səslədi. O anda hamısı yardıma tələsən əsgər oldu. Döyüş meydanında  sən bizim qəhrəmanları tanımazdın.  Heç biri hekayələrindəki zarafatcıl, çılğın qəhrəmana bənzəmirdilər. Onlar artıq  Vətən müharibəsinin qəhrəmanı olmuşdular. O qəhrəmanlar ki çaqqalları öz yurdundan qovan aslan tək nərə çəkib düşmənin üzərinə gedirdilər. Bu qəhrəmanlar ki ölümün gözünə dik baxırdılar. Artıq qan onları qorxutmurdu. Əksinə, qanı hiss etdikcə canavar tək düşmənin üzərinə hücum edib onu məhv edirdilər. Bu qəhrəmanların hekayəsi bu qədər deyil, amma onlar da sevdiklərini, dostlarını, ailələrini geridə qoyub gəlmişdilər.  Vətən onları çağırdı və müharibə çox şeyləri dəyişdi. Amma dəyişməyən tək bir şey oldu- bayraq, millət və Vətən sevgisi…

08.11.2020ci il  44gün davam edən müharibə  Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı  və 8 noyabr “Zəfər bayramı” kimi tarixə yazıldı. Bunu tarixə yazanlar isə 2903 şəhid və 100-lərlə qazi oldu …

Bu bayram digər bayramlardan nə ilə fərqlənir? Cavabımda qanla, minlərlə igidlərin canı bahasına, yüzlərlə ailənin, anaların, yarların, övladların göz yaşı hesabına qazanıldığı sevinc ilə yanaşı, kədərin də dərindən hiss olunduğu üçün digərlərindən fərqlənir, deyərdim. Çünki biz sevinərkən şəhid olmuş  oğlu, yarı, atası yadına düşüb ağlayanlar var, Vətən bütöv olsun deyə həyatlarını yarım qoyan igidlər var. Bu anı bizə onlar yaşatdılar. Kaş ki özləri də yaşayıb bu sevinci görə biləydilər … Amma nə etmək olar ki, müharibə itkisiz olmur. Bəlkə də buna görə sonda qazanılan qələbə, qeyd olunan “Zəfər bayramı” digər bütün bayramlardan, bütün digər hisslərdən fərqli olur. Gülürsən amma bir anlıq donub qalırsan … Xatirinə bu Vətən uğrunda canından keçən igidlər gəlir və gözündən yaşlar axır, dərin bir fikirə gedirsən.

Daha içdən gülə bilmirsən, sanki içində bir qüvvə səni  buna qoymur. Digər bayramlarda olduğu kimi tam deyil bu sevinc. Bəlkə də “Zəfər bayramını ” digər bayramlardan fərqli tutan əsas cəhət də elə budur. Amma içində yenə bir “kaş ki” var. Kaş ki hər şey belə olmasaydı, bu qədər itki olmasaydı… Amma yuxarıda da qeyd etdiyim kimi, müharibə itkisiz olmur. Bütün bayramlarda Qarabağın azad olunmasını arzu edirdik. Artıq bu arzumuz yerinə yetdi və bu arzu bayrama çevrildi – Zəfər bayramına …. Amma arzular bitmir Zəfər bayramında da bir arzumuz oldu – təkcə bayramda deyil hər an, hər saniyə dilimizdə  bir kəlmə vardı “Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”. Bu zəfəri bizə yaşatdığınız üçün sizə sonsuza qədər minnətdar və borcluyuq. Və tarix yenə təkrarlandı, qələbə türklərin oldu…”

 Əliyeva Səyyarə Əlbəndə qızı, Bakı Qızlar Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki