Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 720 $▼2.20%
  • Ethereum1 892 $▼1.86%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Vilayət Eyvazov Bakının polis rəisinə yeni köməkçi təyin etdi - FOTO

image-vilyet
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

Busaat.az xəbər verir ki, nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

Qeyd edək ki, O.Süleymanlı peşəkar karyerası dövründə daha çox Əkbər İsmayılovla birgə çalışıb. 2019-cu ildə Ə.İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edildikdən bir ay sonra Oktay Süleymanlı da Binəqədi RPİ-dəki müavin postundan çıxarılaraq Gəncənin rəis müavini təyin edilib. Həmin zaman O.Süleymanlı həm də “Gəncə hadisələri”ndə şəhid olan polis polkovniki İlqar Balakişiyevi əvəz edib.

Növbəti təyinat zamanı Əkbər İsmayılov 2020-ci il noyabr ayında Gəncədəki vəzifəsindən azad edilərək Bakı polisinə rəis təyin edilib. Bundan bir ay sonra, dekabrda Oktay Süleymanlı da Gəncə polisindəki müavin vəzifəsindən çıxarılıb və Bakının Qaradağ Rayon Polis İdarəsində eyni vəzifəyə yeri dəyişdirilib.

Fotoda: Əkbər İsmayılov

Fotoda: Oktay Süleymanlı

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92611