Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Busaat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Vilayət Eyvazov tərəfindən yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu yanvar ayının 25-də olacaq.