“VPN-lə paylaşılanlar əsgərlərin həyatı bahasına başa gələ bilər”

“VPN-lə paylaşılanlar əsgərlərin həyatı bahasına başa gələ bilər”backend

“Ermənistan 30 il ərzində ianələr və hədiyyələr sayəsində işğal altında olan ərazilərdə böyük silahlar toplayıb, istehkamlarda möhkəmlənib”.

Busaat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın rəşadətli əsgərləri belə bir şəraitdə addım-addım, qarış-qarış torpaqları işğaldan azad edirlər: “Bilirik ki, müəyyən yüksək gözləntilər də var. Buna görə də öncədən xəbər vermək kimi fikirlərdən kənar durmağı tövsiyə edirik. VPN proqramlarından istifadə edərək sosial şəbəkələrdə paylaşılan hər hansı məlumat əsgərlərin həyatı bahasına başa gələ bilər. Səbrli və təmkinli olmaq lazımdır, məlumatları yalnız rəsmi mənbələrdən əldə etməliyik.

Bu brifinqlər də Ali Baş Komandanın tapşırığı əsasında həyata keçirilir. Müdafiə Nazirliyi və digər qurumlar demək olar ki, günün 24 saatı çalışır ki, ölkə ictimaiyyətinə məlumat çatdırılsın. Bununla da düşmənin yaydığı dezinformasiyaların qarşısı alınır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90