
Vyetnamda yanğında çoxlu sayda insan həlak olub
Vyetnamın paytaxtı Hanoyda 10 mərtəbəli binada çıxan yanğında çox sayda insan həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, yanğında onlarla insan həlak olub. Yanğından Xilasetmə Qrupunun əməkdaşları 70 nəfərin xilas edildiyini açıqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Səlahiyyətlilər binada təxminən 150 nəfərin yaşadığını bildirib.
























