“WhatsApp” mesenceri süni intellekt (Sİ) ilə işləyən virtual köməkçilərlə çat təqdim edib.
Busaat.az xəbər verir ki, mesencerin yeni versiyasında yazışmalar siyahısında süni intellekt üzrə köməkçilərlə çatlar istifadəyə verilib. Çatlar menyusunda xüsusi bir işarə yaranıb. Bu işarəyə toxunaraq virtual köməkçi ilə ünsiyyətə başlamaq mümkündür.
Mütəxəssislər, həmçinin qeyd edirlər ki, Sİ köməkçilər istifadəçilərə müxtəlif məsələlərdə konsultasiya vermək və gündəlik həyatlarında kömək etmək üçün nəzərdə tutulub.
Yenilik proqramın 2.23.24.26 versiyasında mövcuddur.
Eyni zamanda qeyd olunub ki, funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır.Oxu.az