Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.04 $▼1.12%
  • WTI neft82.47 $▼0.63%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.647 $▲12.88%
  • Qızıl3 529 $▼0.13%
  • Gümüş40.95 $▼1.00%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.50 ¢▲0.04%
  • Bitcoin58 936 $▼4.81%
  • Ethereum1 625 $▼7.46%
  • S&P 5007 010▼2.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

“WhatsApp”, “Instagram” və “Facebook”u bu tətbiqlər əvəz edə bilər

image-fb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə geniş istifadəçi kütləsinə malik olan “WhatsApp”, “Instagram” və “Facebook”un işində yaranan texniki nasazlıq uzunmüddətli fasiləyə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, dünya miqyasını əhatə edən bu problem saatlarla sosial şəbəkələrin işində ləngimələr yaradıb. Hətta bir çox istifadəçi alternativlərə üz tutaraq digər mobil tətbiqlərin istifadəsinə başlayıb.

Bunlardan biri “WhatsApp”dan heç də geri qalmayan “Telegram” olub. “Telegram” da “WhatsApp” kimi eyni funksiyanı yerinə yetirən və oxşar dizayna malik olan mesajlaşma tətbiqidir.
Daha sonrakı alternativ kimi “Signal” proqramı dayanır. Bunun digər platformalardan fərqi isə istifadəçilərin geolokasiya, kontaktlar, danışıqların müddəti kimi məlumatlarının izlənməməsidir.

ICQ platforması ən köhnə mesajlaşma tətbiqi hesab olunur.

“Threema” isə “Signal” kimi mesajları oxunduqdan sonra onları silir və bunu mobil nömrə olmadan da istifadə etmək mümkündür.

“Wire” proqramı mesajlaşma ilə yanaşı, həmçinin ekranın 1:1 miqyasında nümayiş olunmasına da imkan yaradır. Bu, həm şəxsi istifadəyə, həm də korporativ məlumatların mübadiləsinə əlverişli şərait yaradır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59408