Xaçmazda ağır yol qəzası: 5 nəfər xəsarət aldı

image-1708246098_1707116194_trafik-kazasi-stok-1751463backend

Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.

Busaat.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: – 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri – 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki