Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.99 $▼2.68%
  • WTI neft83.91 $▼0.98%
  • Avropa qazı (TTF)83.56 €▼2.25%
  • Təbii qaz (ABŞ)3.205 $▲1.36%
  • Qızıl3 764 $▼0.61%
  • Gümüş45.55 $▼0.58%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin64 184 $▼1.06%
  • Ethereum1 800 $▼1.26%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Xahiş edirəm, diqqəti futbola yönəldək" - FİFA prezidenti milli komandalara müraciət etdi

image-5532
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

FİFA prezidenti Canni İnfantino 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət edib.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, qurum rəhbəri müxrəlif ölkələrin milli komandalarını idmanı siyasətlə qarışdırmamağa, diqqəti futbola yönəltməyə çağırıb.

Həmçinin oxuyun: Bosniya Rusiya ilə oyunu ləğv etdi

“Xahiş edirəm, diqqəti futbola yönəldək! Başa düşürük ki, futbol boşluqda yaşamır. Eyni zamanda, biz başa düşürük ki, dünyada siyasi xarakterli problemlər və çətinliklər çoxdur. Amma xahiş edirəm, futbolun hər bir mövcud ideoloji və ya siyasi döyüşə sürüklənməsinə imkan verməyin.

FİFA-da biz dünyaya əxlaq dərsi vermədən bütün fikirlərə və inanclara hörmət etməyə çalışırıq. Dünyanın ən böyük güclərindən biri həqiqətən də onun çox müxtəlifliyidir. Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil. Bu prinsip qarşılıqlı hörmətin və ayrı-seçkiliyin olmamasının təməl daşıdır. Bu da futbolun əsas dəyərlərindən biridir. Odur ki, lütfən, futbolun mərkəzi səhnəyə çıxmasına icazə verin” – deyə İnfantino qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89566