Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft102.79 $▼2.38%
  • WTI neft95.15 $▼1.99%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.861 $▼0.80%
  • Qızıl3 952 $▲0.48%
  • Gümüş49.31 $▼0.57%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda591.25 ¢▼2.31%
  • Bitcoin76 860 $▼0.61%
  • Ethereum2 266 $▼0.26%
  • S&P 5007 569▲0.35%
17°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Mədəniyyət

Xalq artisti 28 il sonra atası və bacısının qəbrini ziyarət etdi - FOTO

image-nezaket
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xalq artisti Nəzakət Teymurova 28 il sonra Ağdamda dəfn olunan ailə üvlərinin qəbrini ziyarət edib.

Busaat.az  xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. Atası və bacısının məzarı üstə yollanan ifaçı 28 il əvvəl itirdiyi ailə üzvlərinə görə dərin kədər və hüzün hissi keçirdiyini ifadə edib. Xalq artisti 28 ildir ürəyində böyük ağrı daşıdığını bildirib:

“28 il əvvələ, Ağdamıma qayıtdım. Ailəmizin bütün üzvləri, bacılarım, qardaşlarım cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza nəsə iş gəlsə, ailəmizdən  heç olmasa bir adam sağ qalsın. Sonradan ağrılı-acılı məcburi köçkünlük həyatı başladı. Bu illər ərzində içimdə böyük bir ağrı yaşatdım.

Səhnədə hər ifamda Ağdamdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim dayanırdı gözlərimin önündə… Bu 28 ildə qəlbim sevinmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaşarır, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi. Sözlərlə ifadə edə bilmirəm. Allah bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət etsin, yaşasın Ali Baş Komandanımız, Azərbaycanın yenilməz ordusu! Artıq oxuduğum hər muğamda, əsərdə nisgili yox edəcəm. Mən, sözün əsl mənasında, xoşbəxtəm”.

BAKU.WS

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60172