Xalq artisti Ramiz Məlik vəfat etdi

image-657a8985eca05657a8985eca061702529413657a8985eca02657a8985eca04backend

Azərbaycan kino və teatr sənətinə ağır itki üz verib. Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.

Bu barədə Busaat.az-a Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib.

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.Report

Allah rəhmət eləsin.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90