Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.95 $▲0.33%
  • WTI neft88.77 $▲0.59%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.239 $▼2.79%
  • Qızıl3 880 $▼0.94%
  • Gümüş48.80 $▼2.88%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 868 $▼3.51%
  • Ethereum1 947 $▼3.50%
  • S&P 5007 548▼0.58%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Mədəniyyət

Xalq artistinin səhhəti ağırlaşdı - FOTO

image-1626462981_xestexana-ff
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xalq artisti Ənvər Həsənov uzun sürən müalicədən sonra sentyabrın 5-də xəstəxanadan evə buraxılmışdı.

Busaat.az xəbər verir ki, aktyorun qızı Aytən Həsənova mediaya açıqlamasında atasının səhhətinin yenidən pisləşdiyini deyib. O bildirib ki, Ə.Həsənov xəstəxanaya getməkdən imtina edib:

“Dünən halı lap pisləşdi. İndi də halsızdır. Axırda güclə bir MRT (maqnit rezonans tomoqrafiyası – red.) tapmışam və növbəyə yazılmışam. Atam xəstəxanaya getməkdən imtina edir, deyir, nə olursa, evimdə olsun. Həkim gəlib yoxlayır, nəzarətdə saxlayır”.

A.Həsənova atasının koronavirus testinin nəticəsindən də danışıb:

“Beş gündən sonra testin cavabı neqativ çıxdı. Çox gülməli hal idi. Atam o virusu haradan tutdu və necə sağaldı – anlamadıq. Atamın səhhətindəki problem beynindəki travmadır. O, onu çox zəif saldı”.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
Xalq artistinin səhhəti ağırlaşdı - FOTO

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85444