Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.12 $▼0.35%
  • WTI neft86.30 $▼0.39%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.299 $▲0.24%
  • Qızıl4 071 $▲0.42%
  • Gümüş53.07 $▲1.04%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda599.25 ¢▲0.88%
  • Bitcoin73 822 $▲0.17%
  • Ethereum2 063 $▲0.60%
  • S&P 5007 521▼0.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

“Xankəndi və Əsgəran ətrafı ordu qüvvələri ilə mühasirəyə alınıb” –Bakı antiterror əməliyyatına hazırlaşır

image-f-1-750x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Erməni separatçılarının Laçın keçidindən istifadə edərək getmək istəyən Rusiya sülhməramlılaını atəşə tutması böyük səs-küy yaradıb. Baş vermiş insidentlə əlaqədar bir neçə separatçı tutulsa da, hadisənin əsl səbəbləri gizlədilir. Sanki ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata yol verib. Əslində isə bu hadisə bir neçə məsələni gündəmə gətirir. Separatçıların maraqlarını daha çox qoruyan sülhməramlılara qarşı belə bir addımın atılması, Azərbaycanı dərhal adekvat tədbirlər görməyə vadar edir.  

Busaat.az xəbər verir ki, mövzu ilə KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ermənilər hər yerdə qudurğan hərəkətlərə yol verir: “Tutaq ki, Rusiya öz qüvvələrini bir nöqtədən digərinə dislokasiya etmək istəyir. Bunun heç kimə dəxli olmamalıdır. Ermənilər bu cür təxribata əl atmaqla guya sülhməramlıların oradan getməsinə mane ola biləcəklər?. Bütün bunlar boş söhbətlərdir. Açığı baş verən hadisənin əsl səbəbini anlamaq çətindir. Görünür daha köklü səbəblər var”.

Hər şey qaydasındadır, yaxşıyam" -

Politoloq əlavə edib ki, separatçı ermənilər rusların qayğısını daha çox hiss edir: “Azərbaycanla münasibətlərdə isə ciddi yaxşılaşma yoxdur. Amma baş verən hadisə onu göstərir ki, erməni separatçıları bolgədə silah işlətməkdən çəkinmirlər. Bu, ciddi bir hadisədir. Yəqin ki, bir müddətdən sonra ermənilərin qudurğan hərəkətinin səbəbi aydın olacaq. Ancaq baş verən hadisə rusiya sülhməramlıları ilə ermənilərin bundan sonrakı münasibətini daha da gərginləşdirəcək”.

Qabil Hüseynlinin sözlərinə görə, hadisə ilə bağlı 4 nəfər separatçı erməninin həbs olunması prosesin başlanğıcıdır: “İstintaq davam edir və yeni adamlar həbs oluna bilər. Azərbaycan isə onsuzda öz işini bilir. Antiterror əməliyyatına hazırlıq prosesi gedir. Rəsmi Bakı anlayır ki, həmin separatçı ermənilər günün birində aranı qatacaq və sülh prosesinə əngəl yaradacaq. Ona görə də, Azərbaycan tərəfi antiterror əməliyyatlarına hazırlaşır. Bu səbəbdən də Xankəndi və Əsgəran ətrafı dağ-döyüş komandaları, xüsusi təyinatlı və digər ordu qüvvələri ilə mühasirəyə alınıb. Görünür Azərbaycan haçansa bu hərəkətləri hərbi əməliyyatlara çevirəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79383