Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft111.65 $▲1.77%
  • WTI neft102.63 $▲1.83%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.042 $▲0.16%
  • Qızıl4 005 $▼0.61%
  • Gümüş52.85 $▼1.67%
  • Pambıq78.51 ¢▼0.76%
  • Buğda616.25 ¢▲0.28%
  • Bitcoin79 696 $▼0.39%
  • Ethereum2 308 $▼0.53%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Kriminal

Xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb

image-narkokuryer-cavid-mustafayev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Busaat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi “Opel” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb.

C.Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə – heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı C.Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1 000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120353