Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.76 $▼4.01%
  • WTI neft82.07 $▼3.15%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.389 $▲7.18%
  • Qızıl3 744 $▼1.14%
  • Gümüş45.39 $▼0.92%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 116 $▼2.71%
  • Ethereum1 778 $▼2.46%
  • S&P 5007 324▼0.23%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Xarkovda ermənilərin törətdiyi vandalizmə etiraz

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Busaat.az-a verilən məlumata görə, “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və YUNESKO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə bildirilib ki, Azərbaycan diasporu Dağlıq Qarabağ ərazisində sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya Prezidentlərinin göstərdikləri səyləri yüksək qiymətləndirir. Bununla belə, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması zamanı bütün dünya Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsinin, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsinin şahidi olub.

Müraciətdə işğalçı Ermənistanın Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini qadağan edilmiş ağ fosforun tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd etdiyi nəzərə çatdırılıb.

Baş verənləri ciddi ekoloji çinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönəlmiş barbar addımlarının qarşısını almağa çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25900