Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 667 $▼3.75%
  • Ethereum1 832 $▼4.96%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sağlamlıq

Xəstəxanaya gedə bilməyən insanlar evdə nəyə diqqət etməlidirlər? - Terapevtdən AÇIQLAMA

image-1692002155_2-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlumdur ki, əksər insanlar xəstələnərkən, qızdırmaları qalxarkən həkimə getmək yerinə bunu evdə müalicə etməyə üstünlük verirlər.

Müalicəni ya dərman preparatları ya da iynə yaxud sistemlə aparırlar. Amma hər bir halda həkim göstərişi olmadan tətbiq edilən hər bir müalicə üsulu ağırlaşmalara səbəb ola bilər, əks təsir göstərə bilər.

Bəs əgər insanlar xəstəxanaya gedə bilmirlərsə, evdə nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən terapevt Zakir Quliyev bildirib ki, xəstəyə hər hansı müdaxilə olunacaqsa, bu müdaxilənin tibb təhsili olan insanlar tərəfindən olması mütləq vacibdir.

image-b6f6ee0f-6e87-4c74-a857-c26e1a4f6f89

Onun sözlərinə görə, əgər xəstəyə vena daxili və ya əzələ daxili iynə vuruluacaqsa, bu mütləq xəstəxana şəraitində olmalıdır:

“Bəzən hətta xəstəxana daxilində belə hər hansı dərmana qarşı ciddi reaksiyalar olanda bütün müdaxilələrə baxmayaraq xəstə daha da ağırlaşıb, həyatını itirə bilər”.

Z.Quliyev qeyd edib ki, bu ağırlaşmalar ev şəraitində olarsa, o zaman çox təəssüflər olsun ki, hərhansı müdaxilə şansı olmur və ona görə də mütləq şəkildə vətəndaşlara iynə vurulacaqsa, sistem qoşulacaqsa bunun xəstəxana şəraitində olması vacibdir:

“Bəzən də xüsusi briqadalar var ki, bunlar evdə tibbi xidmət göstərirlər. Bu zaman bütün ləvazimatların əllərinin altında olması lazımdır. Dediyimiz kimi yoxsa ciddi bir reaksiya ilə evdə vətəndaşın itirilməsinə qədər gətirib çıxarda bilər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145479