Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb

image-1708056682-1703236558_658541d47a2e3658541d47a2e41703231956658541d47a2de658541d47a2e1backend

Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

“İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb”, – məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki