
“Xilasedicilərimiz Türkiyədə 53 nəfəri dağıntılar altından sağ çıxarıb” - Etibar Mirzəyev
Bizim çevik xilasetmə qüvvələri tərəfindən Türkiyədə zəlzələ bölgəsində 17-si uşaq olmaqla, 53 canlı insan dağıntılar altından sağ çıxarılıb.
Busaat.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, 788 nəfərin isə cəsədləri aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib.
























