Xristian qəbiristanlığındakı hadisəni təsadüf kimi qiymətləndirmək çətindir – Rusiya səfirliyi

image-default-56backend

Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıdakı Xristian qəbiristanlığında 100-ə yaxın (Rusiya səfirliyi iddia edir – red.) qəbrin dağıdılmasından təəssüflənib.

Busaat.az xəbər verir ki, diplomatik nümayəndəlik hadisəni Telegram-da şərh edib.

“Bu biabırçı aksiyanın miqyasını nəzərə alsaq, bunu təsadüfi xuliqanlıq kimi qiymətləndirmək çətindir. Çox təəssüf ki, bu, tolerantlıq və multikulturalizm siyasəti yürüdən Azərbaycanda baş verib”, – hesabatda deyilir.

Səfirlik əlavə edib ki, əməkdaşları bütün təfərrüatları araşdırmaq üçün hadisə yerinə gedib və hadisəyə operativ reaksiya verdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki