Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft109.72 $▼0.22%
  • WTI neft100.53 $▼0.31%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.908 $▲0.24%
  • Qızıl3 915 $▲0.11%
  • Gümüş50.23 $▲0.29%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.00 ¢▲0.12%
  • Bitcoin78 217 $▼0.01%
  • Ethereum2 287 $▲0.65%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Cəmiyyət

Xuliqanlıqda ittiham olunan MMA idmançıları son söz deyiblər - YENİLƏNİB

image-27
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Busaat.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər.

İdmançılar son sözlə çıxış edərək məhkəmədən barələrində bərəat hökmünün çıxarılmasının istəyiblər.

Məhkəmə hökmü elan üçün müşavirəyə yollanıb.

***

11:53

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Busaat.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edərək idmaçıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror barəsində həbs qətimkan tədbiri seçilməyən Tofiq Musayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinin istəyib.

Proses davam edir.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.

İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=141624