Xüsusi xidmət orqanları erməniləri zərəsizləşdirmək üçün əməliyyata başladı: Kazaryanın adamları həbs edildi

image-9999backend

Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi Kubanda uzun müddət aldadılmış payçılar hesabına Ermənistan hakimiyyətinə maliyyə ayırmaları edən iri tikinti şirkətlərinin sahibi Kazaryanın ailə klanının üzvlərini həbs edir.

İlk qandal “SSK” şirkətlər qrupunun və onlarla digər inşaat və daşınmaz əmlak şirkətlərinin sahibi Karen Kazaryanın böyük qardaşı -“QİK” Şirkətlər Qrupunun sahibi Misak Kazaryanın qoluna vurulub. Misak Kazaryan ölkəni tərk etmək istəyərkən saxlanılıb. O, yarımçıq tikintilərdən səhmdarların vəsaitlərini çıxarmaqda ittiham olunur. M.Kazaryanın şirkətləri kiçik qardaşı Karen Kazaryanın maliyyə piramidasına daxildir.

Kazaryan ailəsinə məxsus şirkətlərin marketoloqları tikinti sahələrinin sürətlə artmasını onların biznes imperiyasının sabitliyinin təminatı kimi təqdim edirdilər. Ancaq bir əhəmiyyətli “əmma” var.

Artıq satılmış və yaxın gələcəkdə təhvil veriləcəyi vəd edilmiş bir milyon yarım kvadratmetrlik mənzildən toplanan vəsaitin 20 faizindən çoxu təyinatı üzrə istifadə olunmayıb. Təxminən bir o qədər məbləğ də yeni tikinti sahələri üçün torpaqların alınmasına sərf olunur. Bununla belə, Kazaryanın şirkətlərinin pay sahibləri qarşısında həndəsi silsilə ilə artan öhdəliklərini yerinə yetirmək üçün heç bir vəsaiti yoxdur.

Belə ki, Krasnodarda, Bereqovaya stansiyası 146, ev 1 ünvanındakı (23: 43: 208042: 37) ərazi (indi Krasnodar su parkının yerləşdiyi sahə) Kazaryana milyard rubldan da baha başa gəlib. Krasnodarın ən yaşıl rayonundakı bu 2,5 hektar ərazidə elit yaşayış kompleksinin tikilməsi planlaşdırılır. Kazaryan həmin ərazini biznes üzrə uzun illər tərəfdaşı olan Vitali Qriqoryanın adına rəsmiləşdirib.

Kazaryan eyni məqsədlər üçün əvvəllər “Krasnodarselmaş”zavodunun olduğu bütöv bir məhəlləni satın alıb (birinci vitse-qubernator Andrey Alekseyenkonun proteksiyası ilə). Onun kadastr nömrəsi 23:43:0403017, sahəsi isə 24,7 ha idi (!). Ədalət naminə qeyd edək ki, bu əməliyyatın məbləği 2 milyard rubldan çoxdur.

Nəzarətləri altında olan “Qamma” şirkəti vasitəsi ilə onlar Qolf-Klubun yerləşdiyi Natuxayevskaya (Anapa kurort şəhəri) kəndində də iri torpaq sahəsi alıblar.

Kazaryan artıq yazda Adıgeydə bütöv bir mikrorayon inşa ediləcəyinin anonsunu verib. Yablonovski kəndi ilə Şapsuqski su anbarı arasındakı 760 hektar ərazinin alınması üçün səhmdarların fondlarından daha 2 milyard rubl götürülüb.

Bizdə olan məlumata görə, hazırda Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları Kazaryan klanının vəsaitlərinin xaricə çıxarılmasının və Ermənistan nümayəndələri ilə maliyyə əməliyyatlarının qarşısını almaq üçün tədbirlər görür, həmçinin bu maliyyə piramidasını yaradanlara himayədarlıq edənləri üzə çıxarmağa çalışırlar.virtualaz

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90