
Yaponiya əhaliyə xəbərdarlıq etdi: "Sığınacaqlarda gizlənin"
Yaponiya bir sıra bölgələrdə yaşayan sakinlərə yeraltı sığınacaqlara sığınmaq barədə çağırış edilib.
Busaat.az xəbər verir ki, çağırışa səbəb kimi Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket buraxması göstərilib.
Ölkədə televiziya və telefon proqramları vasitəsilə göndərilən mesajlarda avtomatik xəbərdarlıq sistemi işə salınıb.
Ölkənin şimal-şərq prefekturalarında insanlardan yeraltı sığınacaqlarda və ya bu tərz məntəqələrdə gizlənmələri xahiş olunub.
Busaat.az























